» » Müvəffəqiyyət və ümid simvolu olan 500 ağac niyə əkildi?


05-12-2018 | 14:27

  • 4 223

Müvəffəqiyyət və ümid simvolu olan 500 ağac niyə əkildi?


“Mən Yaşamağa Başladım” layihəsi qəhramanlarının iştirakı ilə sosial tədbir keçirildi.

Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazilriyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon şöbəsi, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə “Mən yaşamağa başladım” layihəsinin davamı olaraq sosyal layihə keçirilib. Belə ki, təyin olunmuş ərazidə “Mən yaşamağa başladım” layihəsinin iştirakçısı olan hər bir pasiyent öz sağlamlığının simvolu olaraq yeni bir agac əkib .
Layihənin davamı olaraq artıq 500-cü əməliyyatın tamamı olaraq “hərəyə bir agac əkək” devizi ilə 500 ağac əkilib. Bu aksiya həm də mühüm mənəvi-psixoloji əhəmiyyət daşıyır. Belə ki, əkilən hər bir ağac op.dr.Taryel Ömərov tərəfindən müvəffəqiyyətlə icra olunmuş mədəkiçiltmə əməliyyatları nəticəsində həyatın çətinliklərindən qorxmayan, mübarizə əzmi ilə ona sinə gərərək uğur qazanan pasiyentlərin ümid ağacıdır. Əkilən hər bir ağac gələcəyə inam dolu baxışdır. Keçirilən aksiya özünü cəmiyyətdən təcrid edilmiş sanan, özünə qapanan insanların reablitasiyası üçün də mühüm əhəmiyyət daşıyır.
Bu gün bütün dünyada artıq çəkidən əziyyət çəkən insanların sayı milyonlarladır. Sağlam həyat tərzinə qovuşmaq, gözəl bədən quruluşuna sahib olmaq istəyən bu insanlar çox zaman arzularını reallaşdırmaq üçün həyatlarını təhlükə qarşısında qoyurlar. Həddindən artıq köklük orqanların yağlanmasına, nizamsız işləmələrinə və hormonal tarazlığın pozulması kimi müxtəlif xəstəliklərə səbəb olur. Artıq çəkisi olanlarda daha tez-tez rast gəlinən xəstəlikləri belə sıralaya bilərik: nəfəs darlığı, ağciyər, qaraciyər və öd kisəsi xəstəlikləri ilə öd kisəsində daş meydana gəlməsi, ürək və damar xəstəlikləri və buna bağlı yüksək təzyiq xəstəliyi, şəkər xəstəliyi, oynaq və əzələlərdə revmatik ağrılar, qadın xəstəlikləri, adət nizamsızlığı, dərialtı yağ toxumasının çox olması dəri infeksiyalarının əmələ gəlməsi, əzələlərdə və ayaqlarda göbələk infeksiyası və s.dir. Bütün bunlara kök adamın əsəbi, stress altında yaşadığını, yuxusuzluğu əlavə etsək, mənzərənin son dərəcə acınacaqlı olduğunu görə bilərik. Bütün bu xəstəliklər xroniki hala gələrsə təəssüf ki, erkən ölümlər baş verir.
Eyni zamanda əməliyyat olunmuş pasiyentin üzlərindəki təbəssümü, həyata yenidən bağlılığını, gözlərindəki gülümsəməni, müsahibələri zamanı onları əməliyyat edən dr. Taryel Ömərova nə qədər minnətdar olduqlarını, onlara sanki yaşama şövqü verdiyini ifadə etmələri, əməliyyat olmuş və həyatlarını sağlam, uğurlu bir şəkildə yaşamağa davam etmələri bu əməliyyatın heçbir əndişə, qorxuya səbəb olmaması gərəktiyinin əyani sübutudur.
Uğurlu əməliyyat olaraq öz həyatında tam başqa bir səhifə açıldığını qeyd edərək müsahibə verən pasiyent Xəyalə Novruzova qeyd edib ki, “bu əməliyyata qərar vermək mərhələsində çox tərəddütlərim, fikrimi qarışdıran müxtəlif səbəblər vardı. Bəzi insanlar isə əsassız məlumatlarla bu əməliyyatın insana sonradan əks təsirlərinin olduğunu söyləyirdilər.Təbii ki, hər kəs kimi mənə də öz canım əziz idi, məhz bu səbəbdən əməliyyatdan öncə ətraflı analizə başladım. Xarici əməliyyatlara baxdım yerli əməliyyatlarla müqayisə etdim, təsadüfən rastıma çıxan opr dr.

Taryel Ömərova rast gəldim. Əməliyyat etdiyi pasiyentlərin videolarına və şəkillərinə baxdım. Alınan uğurlu nəticələr göz önündə idi. Taryel doktorun Beynəlxalq Bariatrik Assossaiyanın Azərbacandakı tək üzvü olduğunu və əməliyyatları beynəlxalq səviyyə uyğun şəkildə icra etdiyini öyrəndikdən sonra öz özümə sual verdim. –Axı niyə mən də bu uğurun bir parçası olmayım, öz həyatıma yeni səhifə açmayım? Qərarımı verdim və rahatlıqla əməliyyata daxil oldum. 130 kg ilə daxil olduğum əməliyyatdan artıq 2 il keçir hazırda 62 kilogramam. Təsəvvür edə bilməzsiniz bu məni həyatımı necə dəyişdi. Əməliyyatdan xeyli müddət keçməsinə rəğmən heçbir yan etkisiylə rastlaşmadım. Tam əksinə indi daha rahat, daha pozitiv düşüncəli, daha aktiv, ən əsası daha sağlamam.
Müsahibəyə qoşulan əməliyyat olmuş Vüsal və Tural bəy də layihənin adının onların real həyatda səsləndirdiyi deviz olduğunu vurğuladılar: “Mən Yaşamağa Başladım!”

Son illərdə "Modern Hospital" və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti bu istiqamətdə çox mühüm işlər görüb. Artıq çəkidən əziyyət çəkən və bu səbəbdən özünü cəmiyyətdən təcrid olunmuş sanan şəxslərin yenidən reablitasiyası üçün silsilə aksiyalar həyata keçirilr. Son ağacəkmə aksiyası bu istiqamətdə atılan təqdirə layiq addımdır. Belə ki, uğur qazanan, öz sağlamlığına qovuşan, iradəsinin, əzminin mükafatı olaraq artıq çəkidən azad olan 500 pasiyent hərəyə bir ağac əkməklə cəmiyyətə mesaj veriblər. Bu həm də insan iradəsinin hər şeydən güclü olduğunu, qarşıya qoyulan məqsədə çatmaq üçün iradənin, əzmin vacibliyini hər kəsə nümayiş etdirir.

Eyni zamanda ölkəmizdə bu sahədə mühüm işlərin görüldüyü, "Modern Hospital"ın nəzdində fəaliyyət göstərən Sağlam Arıqlama Mərkəzinin qazandığı uğurların əyani göstəricisi olan bu aksiya bir daha sübut edir ki, hər kəs öz sağlamlığına qovuşmaq üçün öz sahəsinin mütəxəssisi olan həkimlərə etibar edə bilər. Aksiyada iştirak edən 500 pasiyent məhz bu ümidin, inamın xoşbəxt sonluğunu yaşayan insanlardır. Onların əkdiyi ağaclar da sağlam gələcəyə ünvanlanan bir mesajdır. Bu həm də Azərbaycan səhiyyəsinin, "Modern Hospital"ın qazandığı uğurların “yaşıl təzahürüdür”. Arzu edirik ki, illər keçdikcə bu ağacların sayı da artsın - sağlam, gözəl həyat hər kəsin qisməti olsun.



Top XəbərlərЛучшее на сайте
Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Əsas Xəbər / Kriminal Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Hadisə SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu Kriminal 2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar 2019-cu ildə sizi nələr gözləyir? – Bürc və illərə görə proqnozlar Həyat tərzi Əsgərlikdə olan Heydər Əliyev babasının məzarını ziyarət etdi – VİDEO Əsgərlikdə olan Heydər Əliyev babasının məzarını ziyarət etdi – VİDEO Əsas Xəbər / Video / Siyasət Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Şou-biznes / Video Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Şou-biznes / Video Aktrisa Sevinc Əliyeva: Aktrisa Sevinc Əliyeva: "O, məni ağlamaq situasiyasına çatdırıb" (VİDEO) Şou-biznes / Video “Buta Palace”-ın art direktorunun 5-ci mərtəbədən atdığı arvadının TƏSİRLİ EŞQ ETİRAFI - VİDEO “Buta Palace”-ın art direktorunun 5-ci mərtəbədən atdığı arvadının TƏSİRLİ EŞQ ETİRAFI - VİDEO Hadisə / Video Bakıya gələn ər-arvadın aeroportdan Bakıya gələn ər-arvadın aeroportdan "iPhone" keçirmək üçün ağlagəlməz əməli - VİDEO Hadisə SON DƏQİQƏ! Bakının SON DƏQİQƏ! Bakının "Moskva" univermağında yanğın (VİDEO) Əsas Xəbər / Hadisə / Video Azərbaycanda ŞOK – Qardaşının arvadına sataşan şəxsi soyundurub alçaltdılar – VİDEO Azərbaycanda ŞOK – Qardaşının arvadına sataşan şəxsi soyundurub alçaltdılar – VİDEO Əsas Xəbər / Hadisə / Video “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) Əsas Xəbər / Video / Siyasət Şagirdi ilə ailə quran jurnalist Əlibəylini ÖZÜNDƏN ÇIXARDI: Şagirdi ilə ailə quran jurnalist Əlibəylini ÖZÜNDƏN ÇIXARDI: "Bu tipi kim gətirib bura?!" (VİDEO) Şou-biznes / Video Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladı Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladı Hadisə Şeyx Həmzətin adamları Kadırovu təhqir edən şəxsi belə cəzalandırırlar - VİDEO Şeyx Həmzətin adamları Kadırovu təhqir edən şəxsi belə cəzalandırırlar - VİDEO Dünya / Video Prezident onlara “Xalq artisti” adı verdi - SİYAHI Prezident onlara “Xalq artisti” adı verdi - SİYAHI Siyasət İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur” (VİDEO) İmanov “Bu şəhərdə”ni tənqid etdi - “İti satiraları yoxdur” (VİDEO) Şou-biznes / Video Azərbaycanda bağça müəlliminin inanılmaz videosu yayıldı - VİDEO Azərbaycanda bağça müəlliminin inanılmaz videosu yayıldı - VİDEO Hadisə / Video Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Əsas Xəbər / Həyat tərzi / Video
Son əlavəПоследние публикации
Məşhur cütlük boşanır? - FOTOLAR
13 dekabr 2018

Məşhur cütlük boşanır? - FOTOLAR

92 Şou-biznes
Xələf Xələfova yeni vəzifə verildi
13 dekabr 2018

Xələf Xələfova yeni vəzifə verildi

927 Əsas Xəbər / Siyasət
Temur Abazov azadlığa buraxıldı - FOTO
13 dekabr 2018

Temur Abazov azadlığa buraxıldı - FOTO

253 Dünya
Prezident Xələf Xələfovu işdən çıxardı
13 dekabr 2018

Prezident Xələf Xələfovu işdən çıxardı

3 252 Siyasət
13 dekabr 2018

"Prezident olmaq istəmirdim" - Putin

223 Dünya