SİZİN REKLAM BURADA!
055 213 76 73



Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib.

Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb, monitorinqlər davam etdirilir.

BAKU.WS