SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Nəqliyyat Agentliyi (BNA) noyabrın 16-da Türkiyənin "BMC Otomotiv və Sanayi Ticaret A.Ş" şirkəti ilə 300 ədəd avtobus alınması üçün 141 milyon 801 min 180 manat (və ya 83,4 milyon dollar) məbləğində müqavilə bağlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Marja" tender komissiyasına istinadən məlumat yayıb.

Məlumata əsasən, bir avtobus dövlət büdcəsinə 472 min 670 manata və ya 280 min ABŞ dollarına başa gələcək.

Bu ilin avqust ayında dövlət başçısı ilkin olaraq bu məqsədlə 47 milyon manat ayırıb.

Qeyd edək ki, avtobusların satın alınması üzrə tender oktyabrın 23-də başa çatmışdı.

BAKU.WS