SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qərbi azərbaycanlılar, əsasən də gənclər! Yolunda şəhid olmağa hazır olduğunuz insanlar sizin üzünüzə qapıları bağlayanda, neçənizin üzünə qapıları taybatay açan şirvanlı, bakılı, cənublu, şimallı oldu. Utanmırsınız? Bu nə vay-şivəndir çıxarırsınız?"


BAKU.WS-in məlumatına görə, bu sözləri sabiq millət vəkili Gülər Əhmədova sosial şəbəkədəki hesabında status yazıb. O bildirib ki, qərbi azərbaycanlılara çox yaxşılıq edib: 

"Az yaxşılıq görmüsünüz? Mənim başım qeylü-qalda olanda səsinizi,dəstəyinizi verib, biqeyrət elşadlardan və onun dəstəkçilərindən niyə qorumurdunuz məni? Bir-bir ad çəkim? Sakit olun! Haqsızlıq etməyin! Hamınız evlənib qarışmısınız və ya qarışacaqsınız. Həmin Abel Məhərrəmovun xanımı dağlıdır. Bakıda tələbə olarkən ona dəstək verən dağlılar olub.

Əsas sözüm gənclərədir. Bu etdiyiniz çox ziyanlı hərəkətdir. Həm dövlətçiliyimizə, həm cəmiyyətimizə, həm də özünüzə. Mən 1988-də gələnlərə çarpayımı belə verib, yerdə yer salıb yatmışam. 100-lərlə Bakı əhli belə edib. Bu nə həşirdir?"

BAKU.WS