SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) Akademik Milli Dram teatrı ətrafındakı yolları qismən məhdudlaşdıracaq.


BAKU.WS xəbər verir ki, bu barədə “Report”a agentlikdən bildirilib.

Qeyd edilib ki, Akademik Milli Dram teatrının ətrafında olan yollarda aparılan profilaktik işlər çərçivəsində noyabrın 17-18 tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq: "Belə ki, yolun bağlanması nəzərdə tutulmur". 

"AAYDA sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb. 

BAKU.WS