VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Dövlət Universitetində rektor əvəzinin kimliyi dəqiqləşib.


BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Abel Məhərrəmov işdən çıxarılandan sonra onun səlahiyyətləri universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyevaya verilib.


Qeyd edək ki, İradə Əliyeva 1959-cu il oktyabr ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin əyani şöbəsində (rus bölməsində) təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.


O, 2009-2011-ci illər ərzində Bakı Dövlət Universitetinin Beynəlxalq Elm və Təhsilə İnteqrasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-cı ilin may ayının 26-dan bu vaxta qədər Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorudur.


İ.Əliyeva 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


Ailəlidir, iki övladı var.


BAKU.WS