055 213 76 73
160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.
BAKU.WS-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.
Bu gün səhərdən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.
Hüseyn Məmmədsalahov
BAKU.WS