SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bakmil" stansiyasında məhdudiyyət sabahdan müvəqqəti tətbiq olunmayacaq.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş məhdudiyyətə oktyabr ayının 30-dan müvəqqəti olaraq fasilə veriləcək.

Qeyd edək ki, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Bu səbəbdən sərnişinlərimizin təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın fəaliyyəti qarşıdakı günlərdə adi qaydada təmin ediləcək.

Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.

Məhdudiyyət bərpa olunarkən, ictimaiyyətə əvvəlcədən geniş məlumat veriləcək.

BAKU.WS