SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən məlumat verilib.
Xidmətdən qeyd edilib ki, bu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib:

“Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir”.

BAKU.WS