SİZİN REKLAM BURADA!
055 213 76 73



Kanadada marixuanadan istifadəyə icazə verən qanun qüvvəyə minib.


BAKU.WS xəbər verir ki, bununla da Kanada dünyada marixuanadan istifadəyə icazə verən ikinci ölkədir.


Qəbul edilən yeni qərara görə, artıq Kanadada yetkinlik yaşına çatmış hər bir şəxs lisenziyası olan mağazalardan 30 qrama qədər marixuana ala biləcək.


Artıq bu ölkədə 18 yaşı tamam olan (bəzi əyalətlərdə 19 yaş) hər kəs xüsusi mağazalardan marixuana ala bilər. Həddi-buluğa çatan vətəndaş 30 qramadək marixuana saxlaya bilər. Lakin yetkinlik yaşına çatmayan şəxslərə marixuana satanlar 14 il azadlıqdan məhrum ediləcəklər.


Bundan başqa, evdə maksimum 4 kol marixuana bitkisi yetişdirməyə icazə veriləcək.


Ziya SƏCCAD
BAKU.WS