SİZİN REKLAM BURADA!
055 213 76 73



Badamdar 20-ci sahə şossesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Mərkəzin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.

Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.

Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

BAKU.WS