SİZİN REKLAM BURADA!
055 213 76 73



Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universiеetinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib.

BAKU.WS
xəbər verir ki, bunu DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Trend-ə açıqlamasında deyib.

X.Xanlarzadənin sözlərinə görə, hazırda Bakı İslam Universiеetinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.

DİM rəsmisi Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbənin təhsil aldığını deyib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti Bakı İslam Universitetinin bağlanması barədə məlumat yayıb.

BAKU.WS