SİZİN REKLAM BURADA!
055 213 76 73



"1500 hemofiliyalı xəstənin həyatı təhlukədədir".

Qan Donorları Assosiasiyası İB-nin sədri Fuad Əsgərov belə deyir.


Fuad bəy BAKU.WS-ə açıqlamasında, təhlükəyə səbəb kimi hemofiliyalı xəstələrin ağrılarını azaldan "Faktor" preparatının Azərbaycanda qıtlığı ilə əlaqələndirib:

"Biz "Faktor" preparatı olmadan yaşaya bilmərik. Mərkəzdə isə dərman qıtdır. Bəziləri üçün isə heç yoxdur. Nazirliyin qaynar xətti isə cavab vermir. Mən Fuad Əsgərov təhlükə təbilini çalıram. Sovetlərdə istifadə olunan, dünyada isə artıq tarixə çevrilən Plazma preparatları istifadə olunur.

Səhiyyə Nazirliyi bu məsuliyyəti dərk etməli idi və dövlətin ayırdığı maliyyəni düzgün dəyərləndirməli idi. Şəfa tapmayacaq xəstələrik, çünki bu xəstəliyin müalicəsi yoxdur. Bizim acılarımızın azalması üçün "Faktor" vurulmalıdır. Ölkədə isə qıtdır, zamanında alnmayıb. Dövlət büdcəsindən isə millyonlar gedib..."

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz uğursuz alındı.

Zülfiyyə Qurbanova
BAKU.WS