VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq:

"Budəfəki proqramda müsiqi proqramları saat 11:00-dan 12:30-dək “İçərişəhər” stansiyası, 12:00-dan 13:30-dək “Sahil” stansiyası, 13:00-dan 14:30-dək “28 May” stansiyası, 14:00-dan 15:30-dək isə “Elmlər Akademiyası” stansiyasında olacaq. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir".

BAKU.WS