» » Bakıda yeni metro stansiyasının istifadəyə verilmə TARİXİ AÇIQLANDI


11-09-2018 | 10:15

  • 14 691

Bakıda yeni metro stansiyasının istifadəyə verilmə TARİXİ AÇIQLANDI


Paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək.

Bu barədə Trend-ə özəl açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, stansiya istismara veriləndən sonra qatarların hərəkətində əsaslı dəyişiklik olacaq:

"İlk növbədə, stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Hazırda xətdə qatarlar iki stansiya – "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət edir. Ümumi kompleksinin uzunluğu təqribən 370 metr olan 3-cü stansiyadan sonrakı sahədə 193.91 metr uzunluğunda dönmə kamerası inşa olunur. Bu isə stansiya istismara veriləndə qatarların dövrə vuraraq hərəkətini təmin edəcək".

Qurum rəsmisi bildirib ki, hazırda stansiya kompleksinin inşaatında dəmir-beton konstruksiya işləri başa çatdırılıb: "Kommunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib. Stansiyanın yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb. Bundan sonrakı mərhələdə isə quraşdırma işləri başlanacaq".

O əlavə edib ki, stansiyanın uzunluğu 166.98 metr olacaq: "Xəttin digər iki stansiyası kimi B3 də 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub".

B.Məmmədov bildirib ki, stansiyada 2 su anbarının və nasosxanaların, həmçinin havalandırma şaxtasının tikintisi yekunlaşmaq üzrədir: "Daxili havalandırma sisteminin də əsas işləri 40 faiz yerinə yetirilib. Stansiya 3 səviyyədən ibarət olacaq. Fiziki imkanları məhdud sərnişinlər üçün burada da liftlər quraşdırılacaq. Bundan əlavə, 17 eskalator da sərnişinlərin stansiyaya enib-qalxmasına xidmət edəcək. Perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur".

Metropoliten rəsmisi deyib ki, "Memar Əcəmi" stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərdə Bakı Metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal quraşdırılacaq:

"Həmin beton yarımşpallar "Bakı Metropoliteni" QSC-nin özündə istehsal olunur və bu şpalların ağac şpalla müqayisədə üstünlüyü çoxdur: ömrü daha uzundur, qulluğu daha asandır, keyfiyyətcə yerli geoloji şəraitə daha uyğundur və s. Hazırda yolların 1300 metrdən artıq hissəsi qoyulub. Qeyd edək ki, yol mənzilinin uzunluğu bir tuneldə 1259 m, digərində 1281 metrdir".

Tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.

BAKU.WS
Teqlər: Bakı metro stansiya
Top XəbərlərЛучшее на сайте
Bakıda dəhşətli QƏZA:  - Sürücü iki yerə parçalandı - VİDEO/FOTO 18+ (YENİLƏNİB) Bakıda dəhşətli QƏZA: - Sürücü iki yerə parçalandı - VİDEO/FOTO 18+ (YENİLƏNİB) Əsas Xəbər / Hadisə Bakı metrosunu su basdı - dəhşətli görüntülər (VİDEO) Bakı metrosunu su basdı - dəhşətli görüntülər (VİDEO) Əsas Xəbər / Hadisə / Video Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı yeni görüntülər (VİDEO) Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı yeni görüntülər (VİDEO) Hadisə / Video Bakıda “Gelandewagen” sürücüsündən insanlıq dərsi – VİDEO Bakıda “Gelandewagen” sürücüsündən insanlıq dərsi – VİDEO Video / Sosial Azərbaycanda ər arvadının başqa kişi ilə görüntülərini kameraya çəkdi - VİDEO Azərbaycanda ər arvadının başqa kişi ilə görüntülərini kameraya çəkdi - VİDEO Hadisə / Video Güclü yağışdan sonra Bakı - maşınlar yolda qaldı (VİDEO) Güclü yağışdan sonra Bakı - maşınlar yolda qaldı (VİDEO) Əsas Xəbər / Video / Sosial Mobil telefonların qeydiyyatı qaydası dəyişdirildi – YENİ QƏRAR Mobil telefonların qeydiyyatı qaydası dəyişdirildi – YENİ QƏRAR Əsas Xəbər / Sosial Prezident ilk pullu yolun açılışını etdi – FOTO Prezident ilk pullu yolun açılışını etdi – FOTO Əsas Xəbər / Sosial Qarabağda snayperimiz erməni əsgərini vurdu: Qarabağda snayperimiz erməni əsgərini vurdu: "Səni sevirəm aşkım" (VİDEO) Qarabağ / Video Bəhram Bağırzadə məmurlara səsləndi (VİDEO) Bəhram Bağırzadə məmurlara səsləndi (VİDEO) Video / Sosial Məktəbdə biabırçılıq – Direktorla müəllimlər saçyolduya çıxdılar - VİDEO Məktəbdə biabırçılıq – Direktorla müəllimlər saçyolduya çıxdılar - VİDEO Hadisə / Video "Mədəm yoxdur, hər gün arıqlayıram, xəstəlik artır" - Tünzalə ağladı (VİDEO) Şou-biznes / Video Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO Hadisə / Video Azyaşlı bacı və qardaşı cinsi əlaqə zamanı yaxaladı sonra oğlanı zorladı - Cəlilabadda iyrənc cinayət Azyaşlı bacı və qardaşı cinsi əlaqə zamanı yaxaladı sonra oğlanı zorladı - Cəlilabadda iyrənc cinayət Hadisə Aşura günü Bakı səmasında hər kəsi təəccübləndirən görüntü  - VİDEO Aşura günü Bakı səmasında hər kəsi təəccübləndirən görüntü - VİDEO Hadisə FHN-dən yağışın yaratdığı fəsadlarla bağlı RƏSMİ MƏLUMAT (FOTO) FHN-dən yağışın yaratdığı fəsadlarla bağlı RƏSMİ MƏLUMAT (FOTO) Əsas Xəbər / Sosial Əla keyfiyyətli gecbişən toyuq əti satışda- Qiymət 2.55 AZN Əla keyfiyyətli gecbişən toyuq əti satışda- Qiymət 2.55 AZN Sosial Oteldə 21 yaşlı sevgilisini öldürən şəxs DANIŞDI - VİDEO (YENİLƏNİB) Oteldə 21 yaşlı sevgilisini öldürən şəxs DANIŞDI - VİDEO (YENİLƏNİB) Hadisə Tünzalə 22 ildən sonra onu görüb göz yaşlarına boğuldu - VİDEO Tünzalə 22 ildən sonra onu görüb göz yaşlarına boğuldu - VİDEO Şou-biznes / Video Xatirənin təklifi hər kəsi ağlatdı - VİDEO Xatirənin təklifi hər kəsi ağlatdı - VİDEO Şou-biznes / Video
Son əlavəПоследние публикации
Cəmilədən göz qamaşdıran – FOTOSESSİYA
25 sentyabr 2018

Cəmilədən göz qamaşdıran – FOTOSESSİYA

8 Şou-biznes
Bakıda maşın aşdı – VİDEO
25 sentyabr 2018

Bakıda maşın aşdı – VİDEO

525 Hadisə / Video
Bakı-Sumqayıt yolunda böyük tıxac
25 sentyabr 2018

Bakı-Sumqayıt yolunda böyük tıxac

563 Əsas Xəbər / Sosial
Dolların bu günə olan məzənnəsi
25 sentyabr 2018

Dolların bu günə olan məzənnəsi

229 Kriminal
Günün ulduz falı - 25 sentyabr
25 sentyabr 2018

Günün ulduz falı - 25 sentyabr

1 416 Həyat tərzi
Aygünlə Namiq bir araya gəldi - VİDEO
24 sentyabr 2018

Aygünlə Namiq bir araya gəldi - VİDEO

1 387 Şou-biznes
Qızıl-gümüş bazarında ucuzlaşma
24 sentyabr 2018

Qızıl-gümüş bazarında ucuzlaşma

210 İqtisadiyyat
“Brent” markalı neftin qiyməti 81 dolları ötüb
24 sentyabr 2018

“Brent” markalı neftin qiyməti 81 dolları ötüb

166 İqtisadiyyat