SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBA) yeniliklər tətbiq olunub.

BAKU.WS
xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bundan sonra da sərnişinlərin rahatlığının təmin edilməsi üçün digər yeniliklər tətbiq olunacaq. Qurum rəsmisinin sözlərinə görə, kassaların üzərində də məlumat lövhələri yerləşdirilib.

“Artıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinin gözləmə zallarındakı monitorlarında nəqliyyat vasitələrinin hərəkət cədvəli, beynəlxalq və şəhərlərarası avtobuslarda əl və baqaj yüklərinin aparılma qaydası və başqa məlumatlar əks olunur.

Məlumatlar 3 dildə: Azərbaycan, rus və ingilis dillərindədir”, - deyə Nuridə Allahyarova bildirib.

Ziya SƏCCAD
BAKU.WS