VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabah saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Sulutəpə”, “Alatava”, “Səbail”, “Lökbatan”, “Xocasən” Qaz Paylayıcı Stansiyalarından, “Laçın qaçqınları” və “Elit Yatırım” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, qaz təchizatının dayandırılması “Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 19-cu km-də quraşdırılmış və yararsız vəziyyətə düşmüş sipərin dəyişdirilməsi, 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması və bir ədəd xamutun ləğv edilməsi ilə bağlıdır.

Zəruri təmir işləri ilə əlaqədar, Səbail rayonu Bayıl, Badamdar qəsəbələrinin, 20-ci sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R.Rza, Neftçilər prospektində, Yasamal rayonu Ə.Quliyev küçəsinin,Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami,H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Matadrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

BAKU.WS