SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci ilin altı ayı ərzində Azərbaycanda əhalinin sayı 10 milyona çatır.

BAKU.WS
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Verilən məlumata görə, iyul ayının 1-i vəziyyətinə 9936134 nəfərə çatıb. Yəni bu il ölkədə əhalinin sayı 3849 nəfər artıb.

Bundan başqa, açıqlanan statistikada göstərilir ki, bu ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 525 nikah qeydə alınıb. Ölkədə 7219 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, bu ilin ilk rübündə ölkədə 29292 ölüm halı qeydə alınıb. Bu rəqəmlər ötən il ilə müqayisədə 7 faizə yaxın azalıb.

BAKU.WS