VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılıb.

Trend-in məlumatına görə, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən 18.65.5.1-ci maddədə (Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi) “18” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilib.

Qeydiyyat şəhadətnaməsinin verilməsi (18.65.7-ci maddə) üçün isə dövlət rüsumu hazırkı 17 manatdan 25 manata qaldırılıb.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, rüsumla bağlı qanuna edilən dəyişikliklər artıq rəsmi olaraq dərc edilib və bu gündən etibarən qüvvəyə minir.

BAKU.WS