» » Bakıda bu küçə yenidən quruldu – FOTO


11-07-2018 | 16:52

  • 1 270

Bakıda bu küçə yenidən quruldu – FOTO


Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işlər artıq tam olaraq yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi: "Üstəlik küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı".

Uzunluğu 1,6 km, eni əvvəllər 7-8 metr olan küçədə yenidənqurma işləri yüksək keyfiyyətlə aparılıb. Ümumilikdə layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı müterial tökülüb kipləşdirilib.

Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su,qaz,rabitə,elektrik və s.) bərpa olunub, yeniləri çəkilib və ya yolun hərəkət hissəsindən kənarlaşdırılıb, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyyat borular atılıb. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulub. Ümumilikdə sadalanan işlər çərçivəsində küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 110 ədəd yeni baxış qapaqları qoyulub.

Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri də aparılıb. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Küçənin yenidən qurulması zamanı bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkəti nəzərə alınıb. Belə ki, küçə boyu hər bir istiqamət üzrə ümumi uzunluğu 3,2 km olan yeni piyada səkiləri inşa edilib. Piyada səkilərinin kənarlarına 6400 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədi ilə 4 yerdə 4 metr enində xüsusi “cib”li hissələr yaradılıb.

Texnoloji ardıcıllığa riayət olunmaqla daha sonra küçə boyu əlaqələndirici bitum səpilməklə 47100 kv.m sahədə yol örtüyünün alt qatının iri dənəli, üst qatının isə xırda dənəli asfalt – beton qarışığı ilə tikintisi aparılıb.

Asfaltlanma işləri bitən kimi küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, 92 ədəd yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında sözügedən ünvanda hərəkətin normallaşmasına xidmət edən yeni və müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər yekunlaşdırılıb və Əsəd Əhmədov küçəsi tam olaraq vətəndaşların istifadəsinə verilib.

BAKU.WS

Top XəbərlərЛучшее на сайте
Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Əsas Xəbər / Hadisə Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Hadisə / Video Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Hadisə / Video “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR Şou-biznes Leyla Əliyeva Emin Ağalarovu təbrik etdi - FOTO Leyla Əliyeva Emin Ağalarovu təbrik etdi - FOTO Şou-biznes Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Hadisə / Video Bakıda ərəb vəhşiliyi – Evini 3 gün kirayə verdi - ŞOK GÖRÜNTÜLƏR - VİDEO Bakıda ərəb vəhşiliyi – Evini 3 gün kirayə verdi - ŞOK GÖRÜNTÜLƏR - VİDEO Əsas Xəbər / Həyat tərzi / Video Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR –  VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR – VİDEO Əsas Xəbər / Hadisə Adnan Oktarın azərbaycanlı Adnan Oktarın azərbaycanlı "kedicikləri" ayağa qalxdı: Bakıda məmur övladlarıyla.. - FOTO,VİDEO Kriminal / Video Humay Muxtarova: Mənimlə bir gecəyə yarım milyon verirdi — MÜSAHİBƏ Humay Muxtarova: Mənimlə bir gecəyə yarım milyon verirdi — MÜSAHİBƏ Şou-biznes Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Əsas Xəbər / Video Tolik güllələnən Elmar Vəliyevlə bağlı heç kəsin bilmədiyi FAKTI açıqladı - FOTO Tolik güllələnən Elmar Vəliyevlə bağlı heç kəsin bilmədiyi FAKTI açıqladı - FOTO Şou-biznes Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Sosial Bakıda çimərlikdə biabırçılıq - Qızlar saçyolduya çıxdılar – VİDEO Bakıda çimərlikdə biabırçılıq - Qızlar saçyolduya çıxdılar – VİDEO Hadisə / Video Liftdə azyaşlı qıza təcavüz etdi - Bakıda iyrənc olay – FOTO Liftdə azyaşlı qıza təcavüz etdi - Bakıda iyrənc olay – FOTO Hadisə “Salamat qalın...” – aparıcı İlham Mirzəyev Azərbaycanı tərk etdi - FOTOLAR “Salamat qalın...” – aparıcı İlham Mirzəyev Azərbaycanı tərk etdi - FOTOLAR Şou-biznes Bakıda ərəblərin otel otağındakı biabırçılığı – ŞOK GÖRÜNTÜLƏR – VİDEO Bakıda ərəblərin otel otağındakı biabırçılığı – ŞOK GÖRÜNTÜLƏR – VİDEO Həyat tərzi Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Əsas Xəbər / Həyat tərzi Elşad Xose susqunluğunu pozdu: Rusdilli təbəqə heç vaxt Damlaya qulas asa bilməz - VİDEO Elşad Xose susqunluğunu pozdu: Rusdilli təbəqə heç vaxt Damlaya qulas asa bilməz - VİDEO Şou-biznes / Video Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Şou-biznes
Son əlavəПоследние публикации
Sabahın hava proqnozu
22 iyul 2018

Sabahın hava proqnozu

1 187 Həyat tərzi
Azərbaycan milli mətbuatının 143-cü ildönümü qeyd olunur
22 iyul 2018

Azərbaycan milli mətbuatının 143-cü ildönümü qeyd olunur

237 Əsas Xəbər / Siyasət
İstirahər gününün ulduz falı - 22.07.2018
22 iyul 2018

İstirahər gününün ulduz falı - 22.07.2018

1 710 Həyat tərzi