SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən axşam saatlarından metronun "Koroğlu" stansiyası ətrafından sərnişinlərin gediş-gəlişini təmin etmək üçün Bakı ətrafı qəsəbələrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) tapşırığı ilə əlavə avtonəqliyyat vasitələri cəlb edilib.

BAKU.WS
xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, hazırda əlavə 24 avtonəqliyyat vasitəsi 20 yanvar m/st - "Avtovağzal" m/st üzrə sərnişin axınını nizamlamaq üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə gücləndirilmiş qaydada sərnişinlərin daşınmasını təşkil edir.

Bakı Beynəlxalq Avtovağzal kompleksi öz növbəsində regionlara daşımaları həyata keçirən daşıyıcı şirkətlərə müraciət edərək 12 avtonəqliyyat vasitəsini əlavə olaraq xidmətə təqdim edib. DANX-ın Xüsusi təyinatlı nəqliyyat vasitələri sərnişinlərin daşınması üçün BNA və DYP ilə birgə sıxlığın müşahidə olunduğu ərazilərdə xidmət edirlər.

Ümumilikdə şəhərlərarası daşımada iştirak edən daşıyıcıların iştirakı ilə DANX tərəfindən bu saata qədər 60 avtonəqliyyat vasitəsi əlavə olaraq xidmət üçün səfərbər edilib.

"Ehtiyac olarsa, avtonəqliyyat vasitələrinin sayı artırılacaq. Xüsusi olaraq qeyd edək ki, sıxlığın ən çox müşahidə olunduğu ərazilər "Neftçilər", "Əhmədli", "20 yanvar" metro stansiyalarının önüdür. Həmin istiqamətlərdə əlavə nəqliyyat vasitələri xidmət edir", - deyə məlumatda vurğulanıb.

BAKU.WS