055 213 76 73
Zaqatalada baş verən zəlzələdən sonra indiyədək bir neçə afterşok qeydə alınır.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, zəlzələ 12 ballıq şkala ilə 5,5 bal gücündədir. Lakin zəlzələ yer səthində təzahürü 6 baldır.
“Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək. Hazırda əməkdaşlarımız zəlzələ ocağı qeydə alınan əraziyə səfər ediblər”, - deyə Tahir Məmmədli bildirib.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.
Xatırladaq ki, 2012-ci ildə də Zaqatalada güclü zəlzələ baş verib.
Ziya SƏCCAD
BAKU.WS