SİZİN REKLAM BURADA!
055 213 76 73



“Azərbaycanda saxta molla problemi var”.

BAKU.WS
virtualaz.org-a istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, QMİ-də qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər və bu həm ciddi problem, həm də şəriətin əleyhinədir:

“Faktiki olaraq bu, qanun pozuntusudur. Bizim tərəfimizdən təyin edilməyən insanların dini mərasimlər aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə iş gedir. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin”.

BAKU.WS