SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Şimal DRES”, Siyəzən magistral qaz kəmərləri sahəsinin "Giləzi”, Ağdam magistral qaz kəmərləri sahəsinin "Qaradəmirçi”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin "Dondarquşçu” və "Alabaşlı” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

BAKU.WS-in məlumatına görə, təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Tovuz, Göygöl, Bərdə, Samux, Şəmkir, Xızı və Siyəzən rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.
 
BAKU.WS