SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət Gömrük Komitəsinin iki yüksək rütbəli əöməkdaşı sərəncama götürülüb. 

Bu barədə BAKU.WS-ə komitədən məlumat verilib. Məlumata əsasən, Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.

Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.

BAKU.WS