VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Qonşuluğumuzda ərəblər evlər tutub qalırlar və oraları pis vəziyyətə qoyublar”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, turizmin inkişafı vacibdir, ancaq pul naminə mənəvi dəyərləri də itirmək olmaz.

“Elə şeyləri var ki diqqətdə saxlanılmalıdır”.

Deputat bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı da narazılığını bildirib:

“Eşidirik ki, bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir.

Azərbaycan mənim nəzərimdə dünyanın ən Göyçək Fatmasıdır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli mənəvi dəyərləri qorumalıyıq”.

BAKU.WS