SİZİN REKLAM BURADA!
055 213 76 73



May ayının 1-dən 2-nə keçən gecədən etibarən Təbriz küçəsinin Ceyhun Hacıbəyli və Firdovsi Məmmədov küçələri arasında yerləşən hissəsində (520 m) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun laternativ yollardan istifadə etmələri tövsiyə olunur.

BAKU.WS