SİZİN REKLAM BURADA!
055 213 76 73



Son zamanlar internetdə yenidən dəb halına düşən viruslu linklər, videolar internet istifadəçilərinə böyük problemlər yaradır. Bütün sosial mendya istifadəçilərinin kabusuna çevrilən bu viruslar. Texnologiya alətlərinə ziyan vurmaqla yanaşı, insanların şəxsi məlumatlarına da təhlükə yaradan bu viruslardan necə qorunmaq lazımdır?

BAKU.WS saytı bu mövzu ilə əlaqədar olaraq Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzlə əlaqə saxlayıb.

"İstifadəçi elementar informasiya təhlükəsizlik qaydalarına əməl etməyib. Hansı brauzerdən istifadə edirsə, hansı sosial media resursundan istifadə edirsə onun üçün köməkçi nəsə yükləyəndə ehtiyyatlı olmaq lazımdır. Çünki o əlavə proqramlar viruslu olur" - bunları açıqlaması zamanı saytımıza Osman Gündüz deyib.

O açıqlamasının davamında bildirib ki: “Demək olar ki bu artıq köhnə problemdir. İstifadəçilər elementar informasiya təhlükəsizlik qaydalarına əməl etməyiblər. Uzun zamandır bu virusun yaranmasının bir növü də sosial şəbəkələrdir. Sosial şəbəkələr vasitəsi ilə insanlara keçidlər, linklər gedir ki, bura daxil olun, klikləyin və sairə. Həmin keçidlərin isə içində viruslar olur. Belə bir addımın atılması isə həmin şəxsin dostluğundakı digər istifadəçilərə də o tərzdə mesajların göndəriləmisə gətirib çıxarır.”

Həmin viruslardan qonumağın yollarını Osman Gündüz belə açıqlayıb:

“İstifadəçilər ola bilər ki həmin virusları bilmədən özü yükləsin. İlk növbədə o viruslara yoluxmamaq üçün atılacaq addımlar hansılardır.
Əgər artıq virusa yoluxma olubsa dərhal şifrələri dəyişməlidir, brauzeri təmizlənməlidir, kompuyteri təmizləməlidir. Sonra yenidən yeni brauzerə daxil olub ordakı bezi programları silmək lazımdı, istifadə etdiyi tətbiqə daxil olub ora oturmuş bəzi təminatları silməlidir.

İnsanlar bilməlidir ki, ona gələn hər linki, videonu açmaq düzgün deyil. Əgər elə bir mesaj gözləmirsə onu açmağa ehtiyac yoxdu.

İkincisi isə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında vətəndaşların informasiya təhlükəsizliyinə cavab verən qurumu var. Elektron təhlükəsizlik mərkəzi adlanan bu qurumun bir nömrəli borcudur. Vətəndaşların təhlükəsizliyinin qorunması ilə bağlı metodiki informasiya dəstəyi göstərməlidir.”

Nihat HÜSEYNZADƏ
BAKU.WS