SİZİN REKLAM BURADA!
055 213 76 73


2018-ci ilin payızında ABŞ-ın “Apple” korporasiyası tarixində ilk dəfə iki SİM-kartı dəstəkləyən “iPhone” təqdim edəcək

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, “Apple” texnoloji nəhənginin unikal smartfonunun qiyməti o qədər də böyük olmayacaq.

“Apple”in tarixindəki ilk iki SİM-kartlı “iPhone” eyni zamanda iki konfiqurasiyada istehsal ediləcək. Birinci model 6,1 düym həcmli LCD ekrana malik olacaq. İkinci model isə 6,5 düym həcmli OLED ekranlı olacaq. Onların “içliyi”nin necə olacağı isə hələlik analitiklərə məlum deyil.

Təxmin edilir ki, iki SİM-kartlı “iPhone”un qiyməti 650-700 dollar təşkil edəcək. İki danışıq kartlı “Apple” smartfonlarına olan tələbatdan asılı olaraq, mütəxəssislər 120 milyona qədər yeni “iPhone” nüsxəsinin satışını proqnozlaşdırırlar.

BAKU.WS