SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Turizm Assosiasiyasının ( AZTA) sədri Nahid Bağırov Macarıstanın xarıcı işlər nazirliyinin beynəlxalq turizm departamentinin rəhbəri xanım Emese Borosu qəbul edib.

BAKU.WS-in məlumatına görə, görüş zamanı Azərbaycan və Macarıstan arasında turizm əlaqələrinin indiki vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu.

Tərəflər turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacıbliyini qeyd etdilər və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün təkliflərini səsləndirərək gələcək əməkdaşlıq haqqında razılığa gəldilər.

Görüşdə həmçının Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyide iştarak etdi.

BAKU.WS