VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən dairədə noyabrın 14-dən etibarən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

 

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu işlər çərçivəsində dairənin köhnə asfalt-beton örtüyü qaşınaraq yenisi ilə əvəzlənəcək. Təmir işlərinin iki gün ərzində yekunlaşdırılması planlaşdırılır.


Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə "Azəryolservis” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Nizami rayonu, Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri davam etdirilir. Təmir-tikinti işləri küçənin Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşən hissəsində aparılır.


Ziya Səccad

BAKU.WS