SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın gənc ilahiyyətçisi Seyyid İsa Ələkbər prodüser Toliklə şəkil çəkdiridiyi üçün sərt qınaq obyektinə tuş gəlib. Gənc ilahiyyatçının əməli digər din adamlarını qəzəbləndirib. Belə ki, onun Toliklə şəkli sosial şəbəkədə paylaşılaraq tənqid olunur.

İlahiyyatçılar Qafqaz Müsəlmanlar İdarəsini də qınayıblar.

“Qafqaz Müsəlmanlar İdarəsinin yetişdirdiyi və ictimaiyyətlə ilahiyyatçı kimi təqdim etdiyi və toxunulmazlıq verdiyi şəxs. Bu qurum Tolikə də ilahiyyatçı statusunu versə heç də təəccübləməyin”.

İlahiyyətçi Seyyid İsa Ələkbər BAKU.WS-ə açıqlamasında onu tənqid edənlərə aydınlıq gətirib.

“Tolik bir çox adama kömək edib. Tanıdığım bir insandır, dostumdur. Hörmət qoyduğum bir vətəndaşdır. Tolik bəzi dindarlardan bu cəmiyyət üçün daha çox iş görüb. Tolik din düşməni deyil ki. Xalqımın üzvüdür. Bunlar hamısı İran İslam Respublikasının qurmalıdır”. Onun sözlərinə görə, onu tənqid edənlər İrandan göstəriş alanlardır.

Tuncay
BAKU.WS