» » DTX, DİN və Baş Prokurorluğun iştirakı ilə dini radikalizm müzakirə edilib


13-02-2018 | 21:03

  • 847

DTX, DİN və Baş Prokurorluğun iştirakı ilə dini radikalizm müzakirə edilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.

DQİDK-dən BAKU.WS-ə verilən məlumata görə, seminar-müşavirədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların Sumqayıt şəhəri, Abşeron, Xızı, Qobustan, Zəngilan və Qubadlı rayon strukturlarının məsul nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov çıxış edərək mövzunun aktuallığından danışıb. Natiq eyni zamanda, Sumqayıt şəhərindəki dini durum barədə ətraflı məlumat verib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov tədbirin keçirilməsində əsas məqsədin Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olduğunu bildirib. O, dini radikalizmi yaradan səbəblər və radikal cərəyanların törətdiyi fəsadlardan, dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin acınacaqlı nəticələrindən söz açaraq, dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələrin böyük fəlakətlərlə üzləşdiyini bildirib.

Ölkəmizdə mövcud olan ictmai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından da danışan S.Heydərov Azərbaycandakı multikultural və tolerant dəyərlərin bütün dünya üçün örnək olduğunu vurğulayıb.

Prezidentin sərəncamı ilə təsis edilmiş Azərbaycan İlahiyyat İnstitutunun əhəmiyyətindən bəhs edən DQİDK-nın sədr müavini ali məktəbin yaradılmasını dövlət başçımızın dövlətçiliyə, milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər, yüksək ixtisaslı kadrların hazırlanmasına, eləcə də xalqımızın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılmasına verdiyi yüksək diqqətin daha bir nümunəsi adlandırıb.

Yeni yaradılan institutda dini yazarların yetişdiriləcəyini və araşdırmaların aparılacağını deyən S.Heydərov bildirib ki, burada məqsəd gəncləri yad dini ideologiyalardan qorumaqdır. Vurğulayıb ki, bu gün ölkədə dini radikalizm və ekstremizmə qarşı alternativ vasitə vətənpərvərlik hissinin gücləndirilməsidir və ona görə də bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi əhəmiyyətlidir.

DQİDK sədrinin müavini sonda radikalizmə qarşı mübarizədə fəallığın vacibliyini diqqətə çatdırıb və daha məsuliyyətli olmağa çağırıb.

Tədbirdə, həmçinin Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev mövzu ilə bağlı çıxış edib, təmsil etdikləri qurumların dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıblar. Natiqlər dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıblar.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Rauf Sərdərov dövlətimizin başçısına dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib. O, Ümummilli Lider Heydər Əliyev ərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini və dindarların daim bütün məsələlərdə dövlətin yanında olduğunu söyləyib.

Seminar-müşavirə mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT Əsas Xəbər / Sosial Bu 5 qəpikləri 1200 dollara alırlar – QİYMƏTLƏR Bu 5 qəpikləri 1200 dollara alırlar – QİYMƏTLƏR Həyat tərzi DİM-ə və Təhsil Nazirliyinə ağır İTTİHAM: Niyə şagirdlərin taleyi ilə oynanılır? DİM-ə və Təhsil Nazirliyinə ağır İTTİHAM: Niyə şagirdlərin taleyi ilə oynanılır? Təhsil Almaniyadan 170 minlik avtomobil qaçıran azərbaycanlı gəncdən ağlasığmaz addım (VİDEO) Almaniyadan 170 minlik avtomobil qaçıran azərbaycanlı gəncdən ağlasığmaz addım (VİDEO) Əsas Xəbər / Hadisə / Video Uşaq oğurluğunda ittiham olunan qadın DANIŞDI (VİDEO) Uşaq oğurluğunda ittiham olunan qadın DANIŞDI (VİDEO) Hadisə / Video Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı - VİDEO Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı - VİDEO Şou-biznes / Video Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO) - YENİLƏNİB Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO) - YENİLƏNİB Əsas Xəbər / Video Bu maşını görənlər polisə xəbər versin! (FOTO) Bu maşını görənlər polisə xəbər versin! (FOTO) Hadisə Sürücülərin nəzərinə - Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun – VİDEO Sürücülərin nəzərinə - Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun – VİDEO Video / Sosial “Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI “Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI Sosial "Tüklərim biz-biz oldu" - Tarixə düşən Nigar Jamalla VİDEOMÜSAHİBƏ Şou-biznes / Video Yol polisinin oğlunun öldüyü qəzadan +18 VİDEO Yol polisinin oğlunun öldüyü qəzadan +18 VİDEO Hadisə / Video Rəşid Mahmudovdan üzücü xəbər gəldi Rəşid Mahmudovdan üzücü xəbər gəldi Hadisə Prezident İlham Əliyevin nəvəsi telekanallara müsahibə verdi – VİDEO Prezident İlham Əliyevin nəvəsi telekanallara müsahibə verdi – VİDEO Əsas Xəbər / Video / Sosial Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi Əsas Xəbər / Sosial Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu (FOTO) Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu (FOTO) Hadisə Qüdrət Şükürovun qızı Azərbaycanı tərk etdi – FOTO Qüdrət Şükürovun qızı Azərbaycanı tərk etdi – FOTO Hadisə Ziya Məmmədov milyardlarının müsadirə olunmasından danışdı Ziya Məmmədov milyardlarının müsadirə olunmasından danışdı Siyasət Sürücülük vəsiqəsilə bağlı xoş xəbər – VİDEO Sürücülük vəsiqəsilə bağlı xoş xəbər – VİDEO Sosial Sevgilisi ilə qarajda ölən Könülün anası: Deyirdi ki, Elvin nişanlısını yox, məni sevir Sevgilisi ilə qarajda ölən Könülün anası: Deyirdi ki, Elvin nişanlısını yox, məni sevir Kriminal
Son əlavəПоследние публикации
Günün ulduz falı - 18 oktyabr
18 oktaybr 2018

Günün ulduz falı - 18 oktyabr

487 Həyat tərzi
Jurnalist baş konsulun otağında doğranıb
17 oktaybr 2018

Jurnalist baş konsulun otağında doğranıb

1 551 Dünya
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
17 oktaybr 2018

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

113 İqtisadiyyat
Kosmosdan gələn siqnalları kim göndərir?
17 oktaybr 2018

Kosmosdan gələn siqnalları kim göndərir?

358 Həyat tərzi
Bakıda 50 yaşlı qadın yoxa çıxıb
17 oktaybr 2018

Bakıda 50 yaşlı qadın yoxa çıxıb

242 Hadisə
Güneyli qız dünya birincisi oldu
17 oktaybr 2018

Güneyli qız dünya birincisi oldu

431 Təhsil
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
17 oktaybr 2018

Azərbaycanda 5 min eşşək yoxa çıxıb

985 Sosial
Prezident bu şəxslərin maaşlarını artırdı: 2000 manat
17 oktaybr 2018

Prezident bu şəxslərin maaşlarını artırdı: 2000 manat

6 743 Əsas Xəbər / Siyasət