SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün "Həzi Aslanov" stansiyasında noyabr ayından əsaslı təmirə dayandırılmış "ET-5M" markalı 2 saylı eskalator sərnişinlərin istifadəsinə verilib.

Bakı Metropoliteninin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq aparılıb. Qeyd edək ki, eskalatorlar, təlimat tələblərinə görə, qaçış məsafəsi göstərilmiş son texniki norma həddinə çatdıqda, əsaslı təmirə dayandırılır və bütün qovşaqlar yoxlanılaraq təftiş edilir, avdanlığın tam diaqnostikası aparılır və texniki tələblərə uyğun olaraq təmir edilir.

2 saylı eskalatorun təmir edildiyi müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən rahat istifadə ediblər.

BAKU.WS