VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qanında dopinq tapıldığı iddia edilən Fövqi Əfəndi məsələyə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, bodibildinq üzrə Azərbaycan çempionu F.Əfəndi məsələyə öz İnstagram hesabında aydınlıq gətirib.

“Məni yalançı adlandıran milləti saxta idman qidalarla, pul qazanmaq üçün həvəskar idmançıları steroidə sürükləyən və sağlıqlarını riskə atan, qidalanmadan, idman elmindən anlayışı olmayan orta məktəb təhsilli savadsız məşqçilərin diqqətinə!

Mən Azərbayacana gəldiyim gündən həmişə formada olmuşam və təbii iolaraq öz əziyyətimin nəticəsində olub hamısı. Yarışdan bir həftə qabaq yarışa çatıb sağlam rəqabət olsun deyə 1-2% yağımı salmaqdan ötrü həmin tabletakanı istifadə etmişəm və bunu da ətrafdakılarm bilir.

Deyirlər niyə camaata deməmişəm? Bu preparatların əks təsiri yoxdur. Mənim 10 günlük istifadə etdiyim bir preparatı paylaşaraq gənclərimizə pis nümünə olmaqdan qaçmışam. Çünki mən sağlıqlı və savadlı gənclərin yetişməsindən yanayam. İçi çürük üstü bəzək formadan hamını uzaq tutmaqdır məqsədim.

Odur ki, təbii olaraq istədiyiniz formaya düşmək mümkündür, yetərki buna inanın və çalışın.

Qeyd edək ki, ötən gün 4 idmançımıza dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında məlumat verilib. Bildirilir ki, güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.

Tuncay
BAKU.WS