SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı aktyor Rza Rzayev evini sataraq Qarabağa aid film çəkir.

BAKU.WS-in məlumatına görə, bu barədə Millət vəkili Adil Əliyev sosial şəbəkədə paylaşıb.

Millət vəkili A.Əliyev Elxan Cəfərovun çəkdiyi “Dolu” filmində “Drakon” obrazını ifa edən Rza Rzayevə səbrli olmasını arzulayıb.

"Dəyərli dostlar, bu cavan oğlan, öz evini satıb, Qarabağa aid olan filmin çəkilməsinə xərcləyən aktyor, rejissor Rza Rzayevdi. Rzanın əxlaqına,mədəniyyətinə heç birimizin şübhəsi yoxdur. Rza Azərbaycanın inkişafını ürəkdən dəstəkləyən dövlətçi qardaşımızdır. Rza mərd və yüksək insani keyfiyyətləri özündə birləşdirən Azərbaycan oğludur. Sonda dostlarımıza səbrli təmkinli olmağı arzulayıram".

Tuncay
BAKU.WS