VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İran İslam Respublikası Dövlət Teleradio Təşkilatının rəhbərliyi (İRİB) Azərbaycan dilinə hörmətsizlik edərək onu lağa qoyan "Fitileh” uşaq verilişinin efirə verilməsinə məsuliyyət daşıyan əməkdaşı işdən çıxarıb və azərbaycanlılardan üzr istəyib.

BAKU.WS Azərtaca istinadən məlumat verir ki, noyabrın 6-da efirə gedən verilişlə bağlı ziyalılardan ibarət bir sıra yerli azərbaycanlının etirazından sonra İRİB-in ictimaiyyətlə əlaqələr şöbəsi bəyanatla çıxış edib:

"Əziz həmvətənlərimizin narahatlığına səbəb olan verilişin efirə buraxılmasına məsuliyyət daşıyanlar işdən azad ediliblər. Əsrlər boyu müxtəlif xalqların nümayəndələri İranda milli birlik və həmrəylik şəraitində yaşayıblar. İranın çoxmilliliyi onun zənginliyini göstərir. Bu milli birliyə zərər vurmağa heç kəsin haqqı çatmır".

Bəyanatda televiziya rəhbərliyinin üzrxahlığı bildirilib və bu kimi halların bir daha baş verməyəcəyi vurğulanıb.

Qeyd edək ki, məsələ ilə əlaqədar televiziyanın iki vəzifəli şəxsinə töhmət verilib.
 
BAKU.WS