VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı İstintaq Təcridxanasının yeni rəisi Elnur İsmayılov təcridxanada ciddi nizam-intizam yaratmağa başlayıb.

BAKU.WS-in məlumatına görə, Elnur İsamyılov istintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı göstəriş verib.

Bunun nəticəsində son iki həftə ərzində Bakı İstintaq Təcridxanasına xeyli sayda mobil telefonların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Belə ki, Penitensiar xidmətin Baş idarəsinin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Motorolla”, “İPhone”, “Nokia”, “Alcatel” markalı telefonlar və “Cin” danışıq kartları ələ keçirilib.

M Ə L U M A T

Elnur İsmayılov narkotik maddələrin təcridxanaya keçirilməsinə qarşı da ciddi tədbirlər görməyə başlayıb.

Noyabrın 28-dən sonra gücləndirilmiş tədbirlər nəticəsində məhkumlara gətirilən sovqata baxış keçirilən zaman xurmanın içərisinə xüsusi üsulla gizlədilmiş 7(yeddi) ədəd polietilen torbaya bükülmüş çəkisi 2,41 qram narkotik maddə-marixuana və 6 (altı) ədəd siqaret kağızına bükülmüş çəkisi 2,322 qram narkotik maddə-heroin aşkar edilərək götürülüb.

Bundan başqa, “Reksona” markalı gigiyenik vasitənin qutusunda xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,721 qram olan narkotik maddə - marixuana aşkar edilib.

2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınmışdır

Bakı İstintaq Təcridxanasında məhkumların ailə üzvləri, yaxınları ilə görüşlərin həyata keçirilməsi üçün şərait də yaxşılaşdırılıb, mövcud olan çətinliklər aradan qaldırılıb.

Qeyd edək ki, noyabrın 28-də Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov işdən çıxarıldıqdan sonra bu vəzifəyə 3 saylı istintaq təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.

R. Səfərov isə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Səməd
BAKU.WS