055 213 76 73
Ötən gündən şimal-qərb bölgəsinə yağan qar Şamaxıda 5 sm, Pirqulu, Çuxuryurd, Nağaraxana və digər kəndlərdə 20 sm, Şamaxının ən ucqar dağ kəndi Zaratxeybərdə isə 30 sm qalınlığında müşahidə olunub.
BAKU.WS ARB Şəki-yə istinadən xəbər verir ki, gecə saatlarında şaxta səbəbindən Bakı-Şamaxı-İsmayıllı istiqamətində bəzi ərazilərdə yollar buz bağlayıb. Yol idarəsinin əməkdaşları gecə saatlarından vəziyyəti nəzarətdə saxlayıb.
Çuxuryurd-Nağaraxana istiqamətində yol açıq olsa da, Pirqulu istiqamətində buzlanma və qatı duman müşahidə olunub. Gediş-gəlişdə heç bir problem yaşanmasa da qışa hazırlıqsız olan sürücülər çətinlik yaşayıblar.
BAKU.WS