SİZİN REKLAM BURADA!
055 213 76 73



Onun 27 yaşı var amma həyat və ölüm arasında yaşayır. 2014-cü ildə ona ağır leykoz diaqnoz qoyuldu və bundan sonra ağır tibbi prosdurlarla, hələ də ümid bəslədiyi arzuları uğrunda xəstəliklə mübarizə aparmaqla onun parlaq həyatına sözün əsl mənasında qaranlıq çökdu… Bu ağır mübarizədə tələb olunan tibbi əməliyatda ona donorluq etməyə onun anası və bacısı da onun yanındadırlar.

Ülviyyınin yaxınları BAKU.WS-in redaksiyasına müraciət edərək kömək istəmək haqqında müraciət yazısı dərc etməyimizi xahiş etdilər. Çünki, məhz soydaşlarımızın köməyi ilə Ülviyyə bu müddət ərzində həyatda qala bilmişdir. O hələ də böyük ümidlərlə möcüzənin baş verəcəyinə inanir.
Ülviyyənin anası Hicran xanımın sözlərinə görə bu günə qədər keçirilən onlarla bahalı tibbi prosedurların hamısını soydaşlarımız ödəmişdir.

- Mən bütün soydaşlarımıza dərin minnətdarlığımı bildirirəm. “Facebook” da biz Ülviyyəyə dəstək ücün qrup yaratmışdıq. Qrupda Ülviyənin xəstəliyi haqqında yazılar paylaşdıq və tamamilə yad insanlar bizə kömək etmək ücün əllərindən gələni əsirgəmədilər. Eyni zamanda bizə Ülviyyənin dostları, yaxınları, iş yoldaşları da böyük kömək göstərdilər. Odur ki, yenidən kömək ücün müraciət etməyə bir qədər çəkinsək, utansaq da bizim başqa çıxış yolumuz yoxdur. Məsələ burasındadır ki, qızımın həyatda qalması ücün ehtiyatımızda yalnız birce ay vaxtımız qalmışdır. Təcili sümük iliyinin köçürülməsi əməliyyatı tələb olunur… - Hicran xanım göz yaşları içində daınşır.

Ülviyyənin anasının sözlərinə görə, uzun müddətli müalicələrdən sonra Ülviyyənin sağlamlığında geri dönüş başlamışdır. Lakin bu sevinc çox uzun cəkmədi. Bir aydan sonra onun səhhətində agırlaşmalar başladığından Ülviyyəni Türkiyəyə aparmağı qərara aldıq. Orada müayinələrdən keçdi və həkimlər kimya terapiyası təyin etsələr də ilk kursdan sonra kimya terapiyasını dayandıraraq yeni, daha effektli preparatlarla müalicə etməyə qərar verdilər. Lakin Ülviyyənin vəziyyəti getdikcə ağırlaşdığından ona təcili olaraq sümük iliyi köçürülməsi əməliyyatı yazdılar. Hicran xanım qeyd edir ki,

- Ülviyyənin bacısı donor kimi qəbul edilsə də onun donor olub - ola bilməyəcəyi də sual altındadır. Uyğunluq analizlərinin nəticələri məlum olana qədər biz bu əməliyyat ücün pul tapmaqla məşgul oluruq. Lakin əgər uyğunluq analizlərinin nəticələri müsbət olmasa klinika özü donorlar bankından axtarışlar edəcəkdir. Bunun bize neçəyə başa gələcəyini də bilmirik. Amma hələ də ümidimizi itirməmişik. Əməliyyata gəldikdə isə 118 min türk lirəsinə (30 min ABŞ dolları) başa gəlir. Vaxtımız həddindən çox azdır və əməliyyat mümkün qədər tez keçirilməlidir. Yoxsa Ülviyyəyə heç cür kömək edə bilməyəcəyik…

- Mən tək başına iki qızı böyütdüm, ayağa qaldırdım, ataları hələ onlar uşaq ikən dünyasını dəyişmişdi. Ülviyyə həyat dolu, böyük arzularla, xəyallarla yaşayan bir qiz idi. Turizm agentliyində çalışırdı, aile qurmaq, uşaq dünyaya gətirmək, səyahət etmək arzuları ilə yaşayırdı… Onun arzularının ürəyində qalmasını istəmirəm. Qızımı xilas etməkdə mənə kömək edin…

Ülviyyəyə kömək etmək üçün Facebook-da Ülviyyəyə dəstək olaq qrupuna müraciət edə bilersiniz. Aşağıda göstərilən skrinlərdə Ülviyyənin tibbi sənədləri və ona kömək ücün açılmış bank rekvizitləri ilə tanış ola bilərsiniz.

Əlaqə: (050) 415-71-32 (Hicran xanım. Ülviyyənın anası)

Kömək ücün uzanan əllər dərd görməsin!

BAKU.WS