Mətbuat Şurası: İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib » AZ.BAKU.WS - Ən maraqlı və Aktual xəbərlər
» » Mətbuat Şurası: İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib


14-11-2017 | 21:37

  • 477

Mətbuat Şurası: İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib


Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adlarının «qara siyahı»ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib.

Bu barədə BAKU.WS-ə Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, bu kampaniyaya adları «qara siyahı»da yer alan bəzi informasiya orqanları da qoşulub. 

"MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlanmaqda, müxtəlif sosial şəbəkələrdə paylaşılmaqda, real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilməkdədir.

Azərbaycan Mətbuat Şurası bildirir ki, “qara siyahı”ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir. Şura qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mediada hədə-qorxu və şantajla müşaiyyət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır. Buna görə də «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər.

Komissiya rəyə gələrkən həmçinin peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayət(lər) doğurmuş KİV-lərin yazılarında tənqid obyektinə çevrilmiş şəxslərə münasibətdəki forma və metodları əsas götürüb. Bu forma və metodlar isə tam spekulyativ təbiətə malikdir.

Guya şəhid ailələrinin hüquqlarını qorumaq, hansısa ədalətsizliyin qarşısını almaq məqsədi ilə onların adından ölkə rəhbərliyinə aramsız müraciətlərin yayımlanması, eyni şəxslərin hədəfə götürülməsi (bəzən barələrində bir gündə iki və daha çox materialın yayımlanması), özlərinə yaxın media vasitələri ilə “korporativ həmrəylik” (eyni şəxs barədə beş-on saytda eyni materialın yayımlanması), müəyyən təmənna müqabilində məsələni həll etmə imkanlarının mövcudluğuna dair tənqid obyektlərinə ünvanlanan açıq və qapalı eyhamlar, qanunsuz tələblərin yerinə yetirilməsi üçün şikayət müəllifləri kimi göstərilən şəxslərlə sövdələşmələr, milli ayrıseçkilik zəminində ittihamlar və sair belə yarıtmazlıqlar kifayət qədərdir. Bütün bunlar əslində “reket” sözünə sırf hüquqi prizmadan yanaşmaq üçün də ciddi əsaslar yaradır.

Mətbuat Şurasının fəaliyyəti timsalında Azərbaycan mediasının saflaşmasına yönələn işlər eyni zamanda ictimai əhəmiyyətlidir. İndiyədək həqiqi qələm sahibləri, peşənin təəssübünü çəkən jurnalistlər tərəfindən prosesə böyük dəstək göstərilib. İnanırıq ki, bu dəstək bundan sonra da olacaqdır. Hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar isə anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxayındır.

Mətbuat Şurasının üzvlərinə münasibətdə nalayiq davranışlar bütövlükdə bu qurumu formalaşdıran həqiqi peşə sahiblərinə, təəssübkeş qələm əhlinə, media cameəsinin daşıdığı bəşəri dəyərlərə həqarət kimi qiymətləndiriləcək, layiqli cəzasını alacaqdır. Şura mübarizəsində haqlıdır və heç bir halda haqlı mövqeyindən geri çəkilməyəcəkdir. Buna hər kəs əmin olsun, xəbərdarlıqdan düzgün nəticə çıxarsın". 

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Əsas Xəbər / İqtisadiyyat "Get işinlə məşğul ol" - Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik - VİDEO Şou-biznes / Video Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Hadisə Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Əsas Xəbər / İqtisadiyyat "Kupalnik"i başına bəla olan 10 məşhur - FOTOLAR Şou-biznes Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Şou-biznes / Video Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Şou-biznes / Video Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Əsas Xəbər / Həyat tərzi Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Şou-biznes Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / İqtisadiyyat Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Hadisə İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Sosial Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Hadisə Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Dünya Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Əsas Xəbər / Video / Sosial Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Şou-biznes Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… -  VİDEO Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… - VİDEO Şou-biznes / Video “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” Əsas Xəbər / Hadisə Fədayə Laçının həbs müddəti açıqlandı Fədayə Laçının həbs müddəti açıqlandı Əsas Xəbər / Kriminal Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Əsas Xəbər / Hadisə / Video
Son əlavəПоследние публикации
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
14 avqust 2018

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

16 Həyat tərzi
Bayram namazının vaxtı açıqlandı
14 avqust 2018

Bayram namazının vaxtı açıqlandı

230 Əsas Xəbər / Həyat tərzi
14 avqust 2018

"Oğurluq edib bağ tikməmişəm" - Manaf Ağayev - VİDEO

3 789 Şou-biznes / Video
Sahil Babayevdən YENİ TƏYİNAT
14 avqust 2018

Sahil Babayevdən YENİ TƏYİNAT

323 Siyasət