SİZİN REKLAM BURADA!
055 213 76 73



Xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədi ilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə saat 04:00–dan 06:00-adək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

“Yarana biləcək kəsintilərə görə sizdən üzr istəyir və profilaktik tədbirləri nəzərə almağınızı xahiş edirik”, - deyə məlumatda vurğulanıb.

BAKU.WS