SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Lada Priora" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 6 ədəd "Samsung Galaxy J3 Pro 2017", 6 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd " Samsung Galaxy J5 Pro 2017", 1 ədəd " Samsung Galaxy J5 2017" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS