SİZİN REKLAM BURADA!
055 213 76 73



Binəqədi şosesi boyu səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 km uzunluğunda yeni kollektor tikilib. Yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq.

BAKU.WS xəbər verir ki, “Azəravtoyol”un yaydığı məlumata görə, bundan başqa, 4-cü qapı küçəsi ilə kəsişmədə tullantı suların axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunu Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş borunun köhnəlməsi və ötürmə qabiliyyətini itirməsi nəticəsində intensiv yağıntılar zamanı sözügedən ərazi də yağış sularının altında qalırdı.

Bunun qarşısını almaq məqsədi ilə hazırda yolun altından yeni 35 metr uzunluğunda borunun quraşdırılması işləri də aparılır.

Yoldan səth sularının kənarlaşdırılması istiqamətində aparılan işlər imkan verir ki, intensiv yağıntılar zamanı yolun hərəkət hissəsinin su ilə dolmasının və nəticədə hərəkətin iflic olmasının qarşısı alınsın.

Yaxın günlərdə isə “Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə bərpasına başlanılacaq. Yolda tam müasir yol infrastrukturu yaradılacaq. 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək.

BAKU.WS