SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

BAKU.WS-in məlumatına görə, dünya şöhrətli alimin yeganə övladı Norman Zadə AzVision.az-a eksklüziv açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib.

"Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”. 

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: "Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib. 

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
 
BAKU.WS