SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə aeroportlarında baqajların qəbulunda yeni sistemin tətbiqinə başlanılıb.

BAKU.WS Trend-ə istinadən məlumatına görə, yeni sistem aeroportlarda sərnişinlərin qeydiyyatdan keçmə prosesini sürətləndirəcək.

Qeyd edək ki, ilk dəfə bu trend Atatürk Hava Limanında tətbiq olunub. Bu texnologiya zamanı sərnişinlər çamadanlarını sərbəst şəkildə özləri baqaja təhvil verə biləcəklər.

Pasport qeydiyyatından keçdikdən sonra sərnişinlərə baqajları üçün xüsusi kod təqdim olunacaq. Qeyd edək ki, bu sistem hələ ki beynəlxalq reyslərdə tətbiq olunur. Yaxın günlərdə sistemin daxili uçuşlarda tətbiqinə də başlanacaq.