SİZİN REKLAM BURADA!
055 213 76 73



Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.

V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək:

"Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir".
 
BAKU.WS