SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ötən ilin 6 ayı ilə müqayisədə hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərinin sayı 6 faiz, məhkəmələrə göndərilən işlərin sayı 7,4 faiz, təhqiqatçıların iş həcmi isə 13 faiz çox olub. Dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi isə 73 faiz təşkil edib”.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin geniş Kollegiya iclasında çıxışı zamanı deyib.
 
Nazirin birinci müavini bildirib ki, bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 1615372 protokol tərtib olunub: "Bu əsasda qəbul edilən qərarlarla 1568336 nəfər cərimələnib, 1778 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 28.755 nəfərə xəbərdarlıq edilib”.
 
V. Eyvazov qeyd edib ki, nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz azalıb.
 
BAKU.WS