VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olan Şahlar Nəzərovun əkiz övladı dünyaya gəlib. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə şəhidin yaxınlarından biri sosial şəbəkədə yazıb. Şahlar Nəzərovun iki oğlu dünyaya göz açıb. 
 
Qeyd edək ki, Baş leytenant Şahlar Nəzərov 2017-ci ildə, Fevral döyüşləri zamanı şəhid olub. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülüb. Fevralın 28-i isə Şahlar Nəzərov doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və baş leytenant Nəzərov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Şahlar Nəzərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib.
 
Şahin
BAKU.WS