SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Uşaqlar Birliyi bir neçə gün əvvəl küçədən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmurda (ad şərtidir) QİÇS xəstəliyinin aşkarlanmasına aydınlıq gətirib.

BAKU.WS-in məlumatına görə, birliyin sədr müavini Vasif Akifli aznews.az-a açıqlamasında bildirib ki, 5 yaşlı Yağmurda QİÇS xəstəliyinin olması ilə bağlı məlumat həqiqəti əks etdirmir:

"Yağmur hazırda bizim sığınacaqdadır. Onunla bağlı məhkəmə tibbi ekspertizaları keçirilib. Yağmurda heç bir xəstəlik aşkarlanmayıb. Uşaq sağlamdır."

Vasif Akifli qeyd edib ki, uşaq anası tərəfindən hansısa cinsi zorakılığa sövq olunması ehtimal oluna bilər: "Biz yalnız onun fiziki zorakılığa məruz qalması ilə bağlı məhkəmə tibbi ekspertizadan keçirmişik."

Ötən ay Bakıda polis tərəfindən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmur (ad şərtidir) ilə bağlı dəhşətli faktlar üzə çıxıb. Criminal.az yazır ki, anası tərəfindən atılmış balaca uşaq cinsi zorakılığa məruz qalmaqla yanaşı, onda QİÇS xəstəliyi də aşkarlanıb. Zərərçəkmiş uşaq özü də anası tərəfindən kişilərlə zorla münasibətə vadar edildiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.
 
BAKU.WS